Türkiyədə təhsil alacaq Şəhid övladlarının xərclərini qardaş ölkə ÖDƏYƏCƏK

13-12-2021, 12:45           
Türkiyədə təhsil alacaq Şəhid övladlarının xərclərini qardaş ölkə ÖDƏYƏCƏK
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “YAŞAT” Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı gələn ildən etibarən şəhid övladlarının Türkiyədə təhsil ala biləcəkləri barədə məlumat verib.

O qeyd edib ki, bununla bağlı Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmalar İdarəsi ilə birgə proqram hazırlanır və yaxın vaxtlarda elan olunacaq.

Türkiyə millət vəkili Şamil Ayrım məsələni Modern.az-a şərh edərkən deyib ki, gələn ildən etibarən Türkiyədə şəhid övladlarının təhsil səfərbərliyi başlayacaq:

“Öncə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Türkiyə xalqı olaraq qardaş ölkənin şəhid ailələrinə əlimizdən gələn hər köməyi etməyə hazırıq.

Bildiyim qədəri ilə gələn ildən etibarən Türkiyədə şəhid övladlarının təhsil səfərbərliyi başlayacaq”.

“Qeyd edim ki, Azərbaycanda bir iclas oldu və orada 20 universitetin rektoru iştirak etdi. Türkiyənin Aydın Universitetinin rektoru Mustafa Aydın həmin iclasda dedi ki, Türkiyə şəhid övladlarına həm təhsil verib, həm də bütün təhsil xərclərini ödəyəcək.

Eyni zamanda bildirim ki, Türkiyədə təhsil almış şəhidlərin adları universitetlərdə sinif otaqlarına verilib”, - deyə Ş.Ayrım bildirib.
modern.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.