“Fitch” Türkiyənin 13 bankının reytinqini “mənfi” yə endirib

13-12-2021, 19:56           
“Fitch” Türkiyənin 13 bankının reytinqini “mənfi” yə endirib
Qurum dərc etdiyi araşdırma hesabatında Türkiyə Mərkəzi Bankının faiz dərəcələrini daha da aşağı salmasının və ya qeyri-ənənəvi tədbirlərin makroiqtisadi sabitlik üçün risk yaratdığını bildirib.
“Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqinin proqnozunu dəyişməsindən sonra 13 bankının da reytinqini “mənfi”yə endirib.

“Margin.az” xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, 2023-cü il seçkiləri ərəfəsində faiz dərəcələrinin daha da azaldılması və ya əlavə iqtisadi stimullaşdırıcı tədbirlər daxili etimadı azaldır. Bu vəziyyət özünü lirənin kəskin ucuzlaşması və inflyasiyanın artması kimi göstərir.

Qurum dərc etdiyi araşdırma hesabatında Türkiyə Mərkəzi Bankının faiz dərəcələrini daha da aşağı salmasının və ya qeyri-ənənəvi tədbirlərin makroiqtisadi sabitlik üçün risk yaratdığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru