Öcalandan separatçı açıqlama: “İstanbul da bizim üçün...”

14-12-2021, 12:48           
Öcalandan separatçı açıqlama:
HDP-nin qurultayında çıxış edən PKK terror təşkilatının lideri Abdullah Öcalanın qardaşı oğlu Ömər Öcalan separatçı açıqlama ilə gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, Öcalan İstanbulu “Kürdüstan” adlandırıb.

PKK terror təşkilatının siyasi qanadı HDP-nin İstanbulda keçirilən qurultayı “Abdullah Öcalan” şüarları ilə başlayıb.

Qurultayda çıxış edən terror liderinin qardaşı oğlu, HDP-dən olan millət vəkili Ömər Öcalan separatçı fikirlər səsləndirib.

“İstanbulda aparılacaq işlərdə daha çox kürd və Kürdüstan atmosferi yaranacaq. Həmişə deyirik: İstanbul kürdlərin yaşadığı ən böyük şəhərdir. İstanbul da bizim üçün Kürdüstandır”.

İYİ Partiyasının sədr müavini Bahadır Ərdəm İstanbul seçkilərində müttəfiq olduqları HDP-nin millət vəkilinə sosial media hesabından reaksiya verib: “Bu ölkənin adı Türkiyə Cümhuriyyətidir, olduğun yer isə 1453-cü ildən bəri İstanbuldur! Həddini bil, yerində otur”.

Öcalanın fikirləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Müəllif: Mənsur Rəğbətoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru