Türkiyədə əcnəbilərə əmlak satışı kəskin artıb - Birinci yeri iranlılar tutur...

15-12-2021, 00:06           
Türkiyədə əcnəbilərə əmlak satışı kəskin artıb -
Noyabrda Türkiyədə əcnəbilərə ev satışı 48.4% artıb. Lirənin ucuzlaşması evlərin qiymətini əlində möhkəm valyuta olanlar üçün xeyli ucuzlaşdırıb. Ümumilikdə noyabrda əmlak bazarında canlanma qeydə alınıb, ümumi satış bir il öncəylə müqayisədə 59% artıb, 179 minə yaxın ev satılıb. Rəqəmləri Türkiyə Statistika İnstitutu açıqlayıb.

Əcnəbilərə isə 7 min 363 əmlak satılıb ki, bu da müvafiq data yığılan 2013-cü ildən ən yüksək aylıq göstəricidir. Əcnəbi alıcılar içində birinci yeri iranlılar tutur. Sonra iraqlılar və rusiyalılar gəlir.

İlin ilk 11 ay ərzində əcnəbilərə əmlak satışı 39.4% artıb. Ümumi ev satışı isə 9.2 faiz azalıb.

Əcnəbilər ən çox İstanbulda ev alırlar, əcnəbilərə 3 minə yaxın ev məhz bu şəhərdə satılıb. Sonrakı yerləri Antalya kurort şəhəri və paytaxt Ankara tutur.

Noyabrda ipoteka satışı 61% artıb, 39 mindən çox əmlak ipotekaya verilib. Ötən il satış pandemiya dövründə dövlət banklarının ucuz kreditləri hesabına yüksəlib. Daşınmaz əmlak developerləri alıcılar üçün kampaniyalar keçirib.Əcnəbilərə əmlak satışı artıb

Dekabrın 13-də lirə dollara qarşı rekord həddə ucuzlaşıb, bir dollar 14.99 lirə olub. Hazırda bir dollar 14.2 lirədir və bu, sentyabrın əvvəlindən 40% zəifləmə deməkdir. (azadliq.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru