Hulusi Akar: Türklər və kürdlər qardaşdır!

15-12-2021, 11:56           
Hulusi Akar: Türklər və kürdlər qardaşdır!
Türklər və kürdlər qardaşdır. Arada fitnə-fəsad yaratmaq istəyənlər keçmişdə də uğurlu olmadılar, bu gün də, sabah da uğurlu ola bilməyəcəklər.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

"PKK/YPG heç vaxt kürd qardaşlarımızı təmsil edə bilməz. Necə İŞİD müsəlmanları təmsil etmirsə, terror təşkilatı PKK/YPG də kürdlərin nümayəndəsi ola bilməz. Türk və kürd qardaşdır. Yüz illərdir ki, çörəyimizi, suyumuzu bölüşürük. Şanlı bayrağımız və sancağımız üçün canlarını fəda edən qəhrəmanlarımız məzarlıqda yan-yana uyuyur. Başda Çanaqqala Şəhidliyi olmaqla, bütün şəhid məzarlarına baxdıqda, bu, açıq-aydın görünür”, - deyə nazir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru