Türkiyədə ZAHA amfibiya zirehli transportyorları sınaqdan keçirilir

16-12-2021, 10:11           
Türkiyədə ZAHA amfibiya zirehli transportyorları sınaqdan keçirilir
Türkiyədə ZAHA amfibiya zirehli transportyorunun sınaqları davam edir.

Trend xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir öz rəsmi tviter səhifısindıə qeyd edib ki, FNSS tərəfindən çətin iqlim şəraitində istismar üçün yaradılan zirehli transportyor həm quruda, həm də dənizdə sınaqdan keçirilir.

Döyüş maşını ballistik sınaqlar və minaların partlamasına davamlılıq sınaqları zamanı texniki tapşırıqda bəyan edilmiş xüsusiyyətləri təsdiqləyib.

Tırtıllı amfibiya desantı dəstəkləmək üçün sahil zolağında düşmən hədəflərinə atəş aça bilər. Texnikanın sürəti quruda 70 km/s, dənizdə isə - saatda 7 düyünə bərabərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru