Türkiyə Fransanı geridə qoydu - Dünyanın ən güclüləri açıqlandı

16-12-2021, 12:35           
Türkiyə Fransanı geridə qoydu - Dünyanın ən güclüləri açıqlandı
“FlightGlobal” jurnalı “Dünya Hərbi Hava Qüvvələri 2022-ci il” araşdırmasının nəticələrini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələri növbəti dəfə siyahının ilk onluğunda yer alıb.

Araşdırmaya görə, siyahıya 13 246 təyyarə (25%) ilə ABŞ başçılıq edir. Rusiya 4173 hərbi təyyarə və ya dünya üzrə ümumi təyyarənin 8%-i ilə ikinci, Çin isə 3285 hərbi təyyarə və helikopterlə üçüncü yerdədir.

Araşdırmaya görə, Türkiyə 1057 təyyarə ilə dünya hərbi donanmasının 2%-ni təşkil edir. Bununla Türkiyə Fransanı geridə qoyub.

Araşdırmada Türkiyə 474 döyüş helikopteri ilə bu sahədə 7-ci, təlim təyyarələri/vertolyotları sahəsində isə 277 ədədlə 9-cu olub.

Araşdırmaya həmçinin dünyada hava qüvvələrinin ən çox istifadə etdiyi 10 təyyarə də daxil edilib.

ABŞ-ın “General Dynamics” şirkəti tərəfindən hazırlanan hesabatda “F-16” 2248 ədədlə siyahının başındadır. “F-16”lar qlobal hərbi donanmadakı döyüş təyyarələrinin 15%-ni təşkil edir.

Rusiyanın “Su-27” 1063 ədədlə (7%) 2-ci, “Su-30” təyyarələri isə 963 ədədlə (6%) 3-cü yeri tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru