Türkiyədə dollar 15 lirəni keçdi

16-12-2021, 13:57           
Türkiyədə dollar 15 lirəni keçdi
Türkiyə Mərkəzi Bankının toplantısından öncə dollar bir qədər də yüksələrək 15 lirəni ötüb.

Bu gün dollar daha 1,5 faiz bahalaşaraq 15,03 həddinə yüksəlib.

Türkiyədə dolların bahalaşmasına faiz endirimlərinin davam edəcəyinə dair gözləntilərin güclənməsi səbəb olur. Ekspertlər bu gün Türkiyə Mərkəzi Bankının faizləri daha 100 bənd, 2022-ci ilin ilk aylarında isə 200 bənd endirəcəyini proqnozlaşdırır. Hazırda 15 olan faiz dərəcəsi əvvəlcə 14-ə, gələn ilin birinci rübündə isə 12 faizə salınacaq.

Faizlərin düşməsi inflyasiyanın daha çox yüksəlməsinə səbəb olduğundan əhali və şirkətlər lirədə vəsait saxlamaqdan imtina edir. Son məlumatlara görə, banklarda saxlanılan vəsaitlərin 65 faizi xarici valyutadadır. Bu, son 40 ilin ən pis göstəricisi hesab edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.