Hökumət binası mühasirəyə alındı - Türk hərbçilər...

17-12-2021, 00:08           
Hökumət binası mühasirəyə alındı - Türk hərbçilər...
Liviyanın paytaxtı Tripolidə silahlı şəxslər Milli Birlik hökumətinin və Müdafiə Nazirliyinin binalarını mühasirəyə alıb.

Bu barədə Sky News telekanalı yerli mənbələr istinadən belə məlumat yayıb. Toqquşmanın olub-olmadığı barədə məlumat yoxdur. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama yoxdur. Məlumata görə, paytaxtın bir sıra ərazilərində elektrik enerjisi kəsilib.

Qeyd edək ki, Liviyada dekabrın 24-nə prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur.

Əlavə edək ki, Milli Birlik hökumətinə Türkiyə fəal dəstək verir.(metbuat.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru