Türkiyədən F-35 açıqlaması: ABŞ yeni şərt qoydu

19-12-2021, 00:04           
Türkiyədən F-35 açıqlaması: ABŞ yeni şərt qoydu
F-35 mühərrikləri üçün ABŞ-dan kənarda yeganə texniki xidmət, təmir və montaj müəssisəsi Türkiyədə qurulacaqdı.

Teref.az Axar.az-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir F-35 problemi ilə bağlı danışarkən deyib.

“Həmin sistemlə bağlı danışıqlar davam edərkən, amerikalılardan yeni şərt ortaya çıxdı. Bildirdilər ki, qurğuları hazırlayarkən xüsusi bölmə düzəldəcəksiniz və qəfəslə bağlanacaq. Oraya ABŞ vətəndaşı yerləşdirəcəyik. Mühərrikin materialları olan bölməyə daxil olmayacaqsınız və heç nəyə toxunmayacaqsınız. Hətta radarın görünməməsini təmin edən boya dəyişdirilərkən yerdə qalan tullantılara da toxunmayacaqdıq. Onlar həmin tullantıları belə ABŞ-a aparacaqdılar”, - İ.Dəmir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru