Məşhur türk müğənnisi həbs olundu

19-12-2021, 07:45           
Məşhur türk müğənnisi həbs olundu
İfalarının Yutubda baxış sayı yüz miyonları aşan məşhur Türkiyəli müğənni Aleyna Tilki həbs olunub.

Redaktor.az xəbər verir ki, buna səbəb ifaçının ötən il İstanbul hava limanında yaratdığı mübahisə olub. Qadın mühafizəçiyə "Səni tapıb məhv edəcəm. Axmaqsan? Sənə görə təyyarəni qaçırıram”, deyən Aleyna hakim qarşısına çıxıb. Məhkəmə qərarına əsasən, müğənni 5 ay müddətinə həbs olunub. Eyni zamanda onun 7 min 80 lirə təzminat ödəməli olacağı bildirilib.

Xatırladaq ki, hadisə ötən ilin yanvarında baş verib. Aleyna havalimanı işçilərini təhqir etdiyinə görə, Neslihan Ö. adlı mühafizəçi ondan şikayətçi olub. Nəticədə Aleyna vəzifəsini yerini yetirən dövlət məmurunu təhqir etmək və hədələmək maddələri ilə ittiham olunub. İfaçının 4 il müddətinə qədər həbs edilməsi istənilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru