İzmirdə kömür mədəni ÇÖKDÜ: çox sayda xəsarət alan var

19-12-2021, 12:19           
İzmirdə kömür mədəni ÇÖKDÜ: çox sayda xəsarət alan var
Türkiyənin İzmir vilayətində kömür mədəninin çökməsi nəticəsində xəsarət alanların sayı artıb.

Publika.az bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Kocaya istinadən xəbər verir.

Nazir özünün "Twitter"dəki hesabında yaralı sayının 45 nəfərə çatdığını bildirib.

“İzmirdə, Kınıkda mədəndə çökmə nəticəsində yaralanan 18 nəfər Kınıkda, 6 nəfər Berqamada, 21 nəfər isə Soma Dövlət Xəstəxanasında müalicə olunur. Hadisə yerinə 14 təcili yardım maşını, 2 UMKE (Milli Tibbi Xilasetmə Qrupu), ümumilikdə 48 səhiyyə işçisi ayrılıb”, - Fahrettin Koca sosial şəbəkədəki hesabında yazıb.

Hadisə ilə bağlı ilkin məlumatda qeyd edilirdi ki, mədəndə partlayış baş verib. Qəza zamanı mədəndə 50-yə yaxın işçi olub, onlardan bəziləri zəhərlənib. Mədən qəzası zamanı ölən olmayıb.

Əraziyə İzmir və Manisa vilayətlərinin təcili tibbi yardım briqadaları cəlb edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru