Türkiyədə jurnalist canlı efirdə müxbiri şillələdi - Video

20-12-2021, 10:36           
Türkiyədə jurnalist canlı efirdə müxbiri şillələdi - Video
Türkiyədə jurnalist Muharrem Sarıkaya canlı yayımda müxbirə şillə vurub.

“Qafqazinfo” xəbər verir ki, “Habertürk”ün yazarı, jurnalist Muharrem Sarıkaya Qaziantep şəhərinin azad olunmasının 100-cü ildönümü münasibətilə şəhərə yollanıb və Büyükşehir Bələdiyyə sədri Fatma Şahini verilişinə dəvət edib.

Bu zaman canlı efirdə səs problemi yaranıb və “İhlas” xəbər agentliyinin Qaziantepdəki müxbiri Ahmet Demir tərəflər arasında mikrofon bağlantısını qurmaq üçün masaya yaxınlaşıb. Müxbiri görən Sarıkaya əsəblərinə hakim ola bilməyərək Ahmet Demirə şillə vurub.

Bu hadisə Türkiyədə sosial şəbəkələrdə geniş müzakirələrə və narazılıqlara səbəb olub.

M. Sarıkaya tvitter hesabında etdiyi paylaşımda efirdən sonra Ahmet Demirdən üzr istədiyini bildirib. O qeyd edib ki, canlı yayımda tez-tez texniki problemin yaranması onu əsəbiləşdirib.

Şiddət görən A. Demir yerli mediaya açıqlamasında bildirib ki, efir zamanı operatorluq edib və onun vəzifəsi olmasa da, öz telefonunu verərək yaranan texniki problemlərlə maraqlanıb və həll etməyə çalışıb. O, yaşanan hadisənin ona pis təsir etdiyini və məsələ ilə bağlı dekabrın 21-i məhkəməyə müraciət edəcəyini sözlərinə əlavə edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.