Səfirə Azərbaycandakı bu açıqlamasına görə şiddətli töhmət verildi

22-12-2021, 19:06           
Səfirə Azərbaycandakı bu açıqlamasına görə şiddətli töhmət verildi
Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycandakı səfiri Kayrat Osmonəliyeva şiddətli töhmət verib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın “Knews” nəşri yayıb.

“Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonəliyevin “Sputnik Azərbaycan”ın mətbuat mərkəzində keçirdiyi konfransda “Qırğızıstan Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə Rusiyadan ayrıca görüşməyi təklif edir” kimi mətbuatın istinad etdiyi açıqlaması həqiqətəuyğun deyil və təxribat xarakteri daşıyır”, – deyə Qırğızıstan Prezident Administrasiyasının məlumat siyasəti xidmətinin yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, ölkə Prezidenti mediada mərkəzlə razılaşdırılmayan bu cür təhrif olunmuş şərhlərə səbəb olan bəyanata görə Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonəliyevə şiddətli töhmət verib.

Qeyd edək ki, dekabrın 21-də “Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin 2022-ci ildə ikitərəfli münasibətlərdə cari ilin yekunlarına və Qırğızıstan-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş mətbuat konfransı keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru