Özbəkistanda MDB-dəki bütün kinostudiyaların birləşdirilməsini təklif ediblər

23-12-2021, 07:49           
Özbəkistanda MDB-dəki bütün kinostudiyaların birləşdirilməsini təklif ediblər
Özbəkistan Kinematoqrafiya Agentliyi MDB ölkələri kinostudiyalarının birləşdirilməsini təmin edən mexanizmin hazırlanmasını təklif edib.

Bu barədə dekabrın 22-də Podrobno İA xəbər verib.

Nəşrin xəbər verdiyi kimi, bəyanat Agentliyin Baş direktoru Firdavs Abduxalikovun dilindən səslənib - MDB ölkələri və Gürcüstan kinostudiyaları direktorlar şurasının iclasının açılışından əvvəl. İclas bugünlərdə Daşkənddə keçirilir.

Onun sözlərinə görə, şuranın başlıca məqsədi son 30 ildə səpələnmiş MDB kinostudiyalarının birləşdirilməsindən ibarətdir.

«Son 30 ildə kinematoqrafiya sahəsi tənəzzülə doğru gedib. Minskdə festivalda özbək nümayəndə heyəti MDB kinostudiyalarının birləşdirilməsi mexanizminin işlənməsi təklifini irəli sürüb. Belə birlik bizə yaradıcılıq və texniki dəstək olar, təcrübə mübadiləsini sürətləndirər, bizim imkanlarımızı genişləndirər və birgə filmlərin yaradılmasına imkan verərdi» - Abduxalikov deyib.

O, əlavə edib ki, indi fasiləsiz mexanizm hazırlamaq lazımdır, yalnız o vaxt yox ki, buna ehtiyac yaranır.

"Şuranın statusu və forması Daşkənd görüşünün əsas mövzusu olacaq. Şura çərçivəsində həm də kinostudiyaların nümayəndələrinin iştirakı ilə görüşlər, dəyirmi masalar keçiriləcək. Birgə layihələrin müzakirəsi təşkil olunacaq. Əməkdaşlığın vahid yol xəritəsinin layihəsi işlərib hazırlanacaq. Bundan başqa, koproduksion filmlərirn layihələri təqdim olunacaq» - Firdavs Abduxalikov qeyd edib.

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.