Rusiya Türkiyəni hədələyən Ramazan Kadırovu dəstəklədi

23-12-2021, 12:52           
 Rusiya Türkiyəni hədələyən Ramazan Kadırovu dəstəklədi
Türkiyə ilə Çeçenistan arasındakı Coxar Dudayevin adını daşıyan park münaqişəsinə Rusiya hökuməti reaksiya verib.
Teref.az yeniavaz.com-a istinadla xəbər verir ki, məsələ ilə bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Onun sözlərinə görə, Rusiya hökuməti parka çeçen separatçılarının lideri Coxar Dudayevin adının verilməsindən narazılığını diplomatik kanallar vasitəsilə Ankaraya çatdırıb:
“Bu yaxınlarda təəssüf ki, Türkiyədəki parklardan birinə terrorçunun adı verilib. Təbii ki, bu, bütün çeçenlər üçün Rusiya Federasiyasının tərkibindəki Çeçenistan Respublikası üçün çox ağrılı hadisədir”.
Qeyd edək ki, ötən gün Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırov Rusiya Xarici İşlər Nazirliyinə müraciət edərək Türkiyə hakimiyyətinin hərəkətlərinə cavab verilməsini xahiş etmişdi. O həmçinin Türkiyəni PKK lideri Abdullah Öcalanın adının Qroznıda əbədiləşdirilməsi ilə hədələmişdi. //“Sözcü”//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.