Hulusi Akar: "Ermənistan ona uzadılan sülh əlini zəiflik əlaməti olaraq görməməlidir"

23-12-2021, 17:41           
Hulusi Akar: "Ermənistan ona uzadılan sülh əlini zəiflik əlaməti olaraq görməməlidir"
“Azərbaycan Ermənistana sülh əlini uzadıb. Bu məsələni də prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dəfələrlə dilə gətiriblər. Bizim diləyimiz, ümidimiz Ermənistanın bunu zəiflik əlaməti olaraq görüb səhv addım atmaması və bu sülh əlini tutmasıdır”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

“Ümidimiz ondan ibarətdir ki, Ermənistan Azərbaycanın uzatdığı sülh əlini tutsun, bölgədə sabitlik tezliklə təmin olunsun, bölgəyə sülh və əmin-amanlıq gəlsin, orada insanlar əmin-amanlıq və firavanlıq içində yaşasınlar”, - nazir vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru