Qırğızıstan Daxili Qoşunlarının komandanı qauptvaxtda salınıb

25-12-2021, 08:01           
Qırğızıstan Daxili Qoşunlarının komandanı qauptvaxtda salınıb
Qırğızıstan DİN Daxili Qoşunlarının komandanı İslambek Kenjekulov Bişkek qarnizonunun qauptvaxtına salınıb.

Bu barədə dekabrın 24-də 24.kq İA xəbər verir.

Portalın məlumatına görə, İslambek Kenjekulov yanvarın 11-nə qədər (2022) nəzarət altında olacaq. Belə qərarı Bişkek Pervomaysk rayon məhkəməsi qəbul edib.

Bundan əvvəl Hərbi prokurorluq DİN Daxili Qoşunlarının vəzifəli şəxsləri tərəfindən pul oğurlanması faktı üzrə cinayət işi qaldırıb. Pullar ərzaq malları və şəxsi heyətə əşyalar almaq üçün nəzərdə tutulubmuş və qeyri-qanuni yollarla saxta firmalara köçürülüb və ardınca mənimsənilib. Zərərin miqdarı 33 milyon 946 min 866 som (30 milyon rubla yaxın) təşkil edir. İş üzrə 3 fiqurant qaçıb.

Hazırda Daxili Qoşunların maliyyə idarəsinin rəisi də saxlanıb.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru