Kaymakçı: Türkiyə AB üzvü olmalıdır, başqa seçim yoxdur!

25-12-2021, 08:42           
Kaymakçı:
Türkiyənin avropalı olaraq Avropa Birliyi (AB) xaricində qalmaq seçimi yoxdur. Bu, bizim üçün qara sevda deyil, mənafe məsələsidir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər nazirinin müavini Faruk Kaymakçı deyib.

“Üzv olmadan Avropa Birliyi ilə səmimi, etibarlı və ortaq mənafeyə söykənən əlaqə yaratmağımız mümkün deyil. Bu gün Avropa Birliyi qoca qitədə qərarlar verən, idarəedici mövqeyə gəldi. Yəni Türkiyənin öz mənafeyini və suverenliyini yaxşı şəkildə müdafiə edə bilməsi üçün bu idarəedici mexanizmin daxilində olması gərəkdir. Başqa variantı yoxdur. Türkiyənin AB üzvlüyü ilə Avropaya gətirəcəyi dəyərlər son dərəcə önəmlidir”, - deyə Kaymakçı bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru