Türkiyə daha 3 terrorçunu məhv etdi 26-12-2021, 15:06 Türkiyə Xüsusi Təyinatlı Qüvvələri Suriyanın şimalında PKK-nın 3 terrorçusunu zərərsizləşdirib.Kanal.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Tvitter səhifəsində məlumat yayılıb.Silahlılar Suriyanın şimalındakı “Sülh çeşməsi” əməliyyatı bölgəsində terror aktı hazırlayırmış.PKK terrorçuları sabitliyi pozmaq, Türkiyəni parçalamaq üçün qanlı hücumlar həyata keçirirlər. Facebook-da paylaş