Almas İldırımın oğlu AzTV-yə danışdı - VİDEO

26-12-2021, 15:09           
Almas İldırımın oğlu AzTV-yə danışdı - VİDEO
Azərbaycan Televiziyasında yayımlanan “Yüz ilin sirləri” verilişində bu dəfə şair Almas İldırımdan bəhs ediləcək.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, “Yüz ilin sirləri”ndə iki dəfə sürgün edilmiş, repressiyanın güllələnməmiş ən böyük qurbanı, dost sandığı məşhur yazıçı tərəfindən xəyanətə uğrayan, keçmiş sevdiyi xanımın həyat yoldaşı (yazıçı) tərəfindən sona qədər təqib edilən Vətən həsrətli şair Almas İldırim haqqında gizli məqamlara aydınlıq gətiriləcək.

Şairin İzmirdə yaşayan oğlu Azər İldırım ilk dəfə verilişdə atası ilə bağlı sualları cavablandıracaq.

Veriliş bu gün – dekabrın 26-da AzTV-də yayımlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru