“Qlobal miqyasda dezinformasiyaya ən çox məruz qalan ölkə Türkiyədir” - Fəxrəddin Altun

26-12-2021, 15:31           
“Qlobal miqyasda dezinformasiyaya ən çox məruz qalan ölkə Türkiyədir” - Fəxrəddin Altun
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun İstanbulda keçirilən “Milli Strateji Kommunikasiya Siyasəti və Dezinformasiyaya Qarşı Mübarizə” adlı Seminarın açılışında çıxış edib.

O bildirib ki, Türkiyə qlobal miqyasda dezinformasiyaya ən çox məruz qalan ölkədir.

“Çünki möhtərəm Prezidentimizin rəhbərliyi ilə Türkiyədə baş verən bu transformasiya, Türkiyə millətinin lehinə, milli maraqları lehinə olan bu transformasiya dayandırılması arzulanan bir transformasiyadır. Türkiyənin əldə etdiyi qazancları aradan qaldırmaq üçün beynəlxalq aktorların çox sıx ittifaqı var və bunların ən əsas alətləri dezinformasiya siyasəti və yalan sənayesidir”, - deyə idarə başçısı bildirib.

Altun dezinformasiya ilə ilk növbədə Türkiyənin imicini sarsıtmağa çalışıldığını vurğulayıb.

Mənbə: TRT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru