Türkiyənin Daxili İşlər Nazirliyi ittiham etdi İmamaoğlunun cavabı gecikmədi: "Terrora bağlı insanlar bələdiyyədə özlərinə iş tapırlarsa, bu.."

27-12-2021, 07:47           
Türkiyənin Daxili İşlər Nazirliyi ittiham etdi İmamaoğlunun cavabı gecikmədi:
Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) tabe olan şirkətlərə təyin olunan işçilərin arasında əvvəllər terrorçuluq maddələri həbs edilən və ya terrora dəstək verən şəxslərin olduğunu müəyyən edib.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə DİN-in “twıtter” səhifəsindən açıqlama yayılıb.

Bildirilib ki, İBB-yə tabe olan şirkətlərdə 455-PKK/KCK, 80-i DHKP-C , 20-si Marksist-Leninçi Kommunist Partiyası (MLKP), 2-si Marksist Kommunist Partiyası (MKP) olmaqla, həmçinin, bəzilərinin FETÖ və digər terror təşkilatlarına bağlı olduğu müəyyən edilərək DİN tərəfindən xüsusi yoxlama başlanılıb.

Bundan öncə isə Türkiyə DİN İBB-də üzə çıxardığı terrorla əlaqəli şəxslərin bəzilərinin adları və fotolarını yaymışdı.

CHP-li Əkrəm İmamoğlunun rəhbərlik etdiyi İBB-dən edilən açıqlamada isə bələdiyyədə terrorçuların olduğu təkzib edilməyib.

"Terrora bağlı insanlar bələdiyyədə özlərinə iş tapırlarsa, bu problem İBB-nin deyil, təhlükəsizlikdən məsul olan Daxili İşlər Nazirliyidir", - deyə İBB-dən edilən açıqlamada qeyd olunub.

Xatırladaq ki, 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində Əkrəm İmamoğlunun bələdiyyə sədri seçilməsində PKK-nın siyasi qolu HDP-nin dəstəyi həlledici olmuşdu. Seçkidən sonra isə Əkrəm İmamoğlu bələdiyyədə CHP, İyi Partiya ilə yanaşı, HDP-lilərə də iş verəcəyini bəyan etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.