Türkiyədə yerli istehsal HHM sisteminin son sınaqları uğurlu olub – VİDEO

27-12-2021, 09:23           
Türkiyədə yerli istehsal HHM sisteminin son sınaqları uğurlu olub – VİDEO
Türkiyədə “Hisar O+” yerli istehsal hava hücumundan müdafiə raket sisteminin son sınaqları uğurla başa çatıb.

Bu barədə ölkənin müdfiə sənayesi naziri İsmayıl Dəmir özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

Nazir raket sisteminin ölkənin Silahlı Qüvvələrinin invertarina daxil olmazdan öncəki son atışında uzaq məsaafədə yüksək sürətlə hərəkət edən hədəfi dəqiqliklə vurduğunu bəyan edib və müvafiq videonu bölüşüb.

Qeyd edək ki, “HİSAR O+” sistemi “Aselsan” və “Roketsan” şirkətləri tərəfindən hazırlanıb. Sistem 360 dərəcə üzrə eyni anda ən azı 9 hədəfi vura bilir. “HİSAR O+”un ekkektli vuruş məsafəsi 25 km-ə çatır. Hər cür hava şəraitində fəaliyyət göstərə bilən HHM sistemi döyüş təyyarələri, helikopterlər, hava-yer raketləri, qanadlı raketlər və silahlı/silahsız pilotsuz uçuş aparatlarına qarşı effektivdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru