Türkiyənin Ali Məhkəməsi Aziz Yıldırımla bağlı qərarını açıqlayıb

27-12-2021, 17:25           
Türkiyənin Ali Məhkəməsi Aziz Yıldırımla bağlı qərarını açıqlayıb
Türkiyə Ali Məhkəməsi danışılmış oyunlarda ittiham olunan "Fənərbağça"nın sabiq prezidenti Aziz Yıldırımla bağlı bəraət hükmünü qüvvədə saxlayıb.

"Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin keçmiş idarəçilərindən Şekip Mosturoğlu tviter hesabında bildirib.

Onun sözlərinə görə, İstanbul 13-cü Ağır Cəza Məhkəməsi Aziz Yıldırıma, həmçinin İlhan Ekşioğlu və digər şəxslərə bəraət hökmü çıxarıb, Türkiyə Ali Məhkəməsi isə həmin hökmü qüvvədə saxlayıb.

Qeyd edək ki, Aziz Yıldırım 2011-ci ildə danışılmış oyunlarda ittiham olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru