Erməni türkşünas: "İlkin şərtlərdən biri Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasıdır"

27-12-2021, 19:23           
Erməni türkşünas: "İlkin şərtlərdən biri Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasıdır"
""3+3" formatı Ermənistan-Türkiyə dialoqunun başlaya biləcəyi platformalardan biridir, lakin bir mühüm hal nəzərə alınmalıdır". Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Muşeğ Xudaverdyan deyib.

Onun sözlərinə görə, Ermənistan 30 ildir müstəqil dövlətdir, Türkiyə Ermənistanı müstəqil dövlət kimi tanıyıb, lakin Türkiyə Ermənistanla münasibətlərin qurulması üçün ilkin şərtlər qoyur.

"Bu ilkin şərtlərdən biri Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması idi və ikinci şərt də (qondarma – red.) "soyqırımı" ətrafında razılıq əldə edilməsi, tərəflərin bir-birlərinin ərazi bütövlüyünü tanımasıdır", - deyə Xudaverdyan bildirib.

Erməni türkşünas vurğulayıb ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması yalnız Ermənistan-Azərbaycan məsələlərində qeyri-müəyyənliklərə aydınlıq gətirdikdən sonra mümkündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru