Türkiyəni Qafqaza birləşdirəcək tunel sabah açılır

29-12-2021, 07:15           
Türkiyəni Qafqaza birləşdirəcək tunel sabah açılır
Türkiyə ilə Cənubi Qafqazı birləşdirən yeni avtomobil tuneli sabah istifadəyə veriləcək.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Pirinkayalar” tunelinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans formatında çıxış edəcək.

2 246 metr uzunluğunda olan yeni tunel Ərzurum vilayətinin Uzundərə rayonu ilə Artvin şəhərini birləşdirəcək.

Xüsusən ağırtonnajlı maşınların hərəkətini asanlaşdıracaq tunel həm təhlükəsiz hərəkəti təmin edəcək, həm də yanacaq və vaxta qənaət imkanı yaradacaq.

Tunel Şərqi Anadolunu Ərzurum-Artvin marşrutundan Şərqi Qara dənizə, Türkiyəni də Gürcüstan üzərindən Qafqaza bağlayacaq.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru