Türkiyədə “Eren” antiterror əməliyyatının yeni mərhələsi başlayıb

29-12-2021, 10:09           
Türkiyədə “Eren” antiterror əməliyyatının yeni mərhələsi başlayıb
Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində "Eren" antiterror əməliyyatının 13-cü mərhələsi başlayıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi tviterdə məlumat yayıb.

Vilayətdə terrorçuların axtarışı və zərərsizləşdirilməsinə 516 jandarma xüsusi təyinatlısı cəlb olunub.

Ümumilikdə, 43 xüsusi təyinatlı dəstə vilayətin bir sıra rayonlarına nəzarət edir.

Əməliyyatın məqsədi Türkiyənin bu bölgəsində terror təhlükəsini aradan qaldırmaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru