Qazaxıstanda edam cəzası ləğv edilib

30-12-2021, 00:06           
Qazaxıstanda edam cəzası ləğv edilib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev edam cəzasının ləğvi ilə bağlı müvafiq hüquqi sənədlərə düzəlişlərə dair qanuna imza atıb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bundan belə müstəsna cəza tədbiri olaraq edam cəzası ölkə qanunlarından tamamilə xaric edilir.
Bu ilin 2 yanvar tarixində Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktının edam cəzasını ləğv edən ikinci fakultativ protokoluna qoşulan Qazaxıstan müharibə vaxtı ağır hərbi cinayətlərə görə həmin cəzanın tətbiqi ilə bağlı qeyd-şərt qoymuşdu. Noyabrın 16-da Milli İctimai Etimad Şurasının 6-cı iclasında nitq söyləyən prezident ölkədə inssan hüquqlarının mühafizəsi ilə bağlı həyata keçirilən islahatlardan danışaraq deyib: “Ölüm cəzası heç bir halda və heç kimə şamil olunmaması üçün birdəfəlik ləğv olunmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru