Türkiyəni Cənubi Qafqazla birləşdirən yeni tunel istifadəyə verildi - FOTO

30-12-2021, 09:10           
Türkiyəni Cənubi Qafqazla birləşdirən yeni tunel istifadəyə verildi - FOTO
Türkiyənin Ərzurum vilayətinin Uzundərə rayonunda yerləşən və bu şəhəri Artvinlə birləşdirən avtomobil yolunun Pirinkayalar keçidində 2272 metr uzunluğunda tunelin açılışı olub.

Mərasimə videoəlaqə vasitəsilə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb. Tədbirdə iştirak edən Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu çıxışında adıçəkilən yolun Gürcüstan vasitəsilə Cənubi Qafqazadək uzandığını bildirib.

O, qeyd edib ki, Pirinkayalar tunelinin ümumi uzunluğu 3342 metrdir. Bunlardan 2272 metr tunel, 1070 metr isə birləşdirici yolun uzunluğudur.

Nazirin sözlərinə görə, yeni tunel mövcud xətt üzrə daşıma məsafəsini xeyli qısaldır və tranzit müddətini 20 dəqiqədən 5 dəqiqəyə endirir.


Mənbə: “Anadolu”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru