Bu il Türkiyəyə gələn xarici turistlərin 40%-ni Rusiya vətəndaşları təşkil edib

30-12-2021, 10:10           
Bu il Türkiyəyə gələn xarici turistlərin 40%-ni Rusiya vətəndaşları təşkil edib
2021-ci ildə Türkiyəyə gələn xarici turistlərin ən azı 40%-i Rusiya vətəndaşlarıdır.
Bu barədə Rusiya mətbuatına müsahibəsində ölkənin Ankaradakı səfiri Aleksey Yerxov məlumat verib.

O, bildirib ki, bu il Türkiyəyə 5 milyona yaxın rusiyalı turist səfər edib ki, bu da keçən illə müqayisədə demək olar ki, iki dəfə çoxdur.

Səfirin sözlərinə görə, 2022-ci ildə də Rusiyadan Türkiyəyə turist axını sanitar-epidemioloji vəziyyətdən asılı olacaq.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru