Ermənistan türk mallarına qoyulan embarqonu aradan qaldıra bilər

30-12-2021, 10:26           
Ermənistan türk mallarına qoyulan embarqonu aradan qaldıra bilər
“Türkiyə mallarının idxalına qadağa qoyulmasının motivi siyasi idi, ona görə də embarqonun götürülməsinin motivi siyasi olmalıdır”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu türk mallarının idxalına qoyulan qadağanın uzadılması ilə bağlı sualı cavablandıran Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan deyib.

"Siyasi baxımdan proses müsbət ssenari üzrə gedir. Təbii ki, siyasi nöqteyi-nəzərdən qadağanın uzadılmasının əsaslandırılması zəifləyir", - Kerobyan bildirib.

Nazir qeyd edib ki, bu məsələ ilə bağlı hökumətdə ümumi rəy yoxdur, müzakirələr gedir.

Onun sözlərinə görə, yekun qərar sabah veriləcək:

“Həmin qərar həm də qərarın olmamasına, yəni qadağanın aradan qaldırılmasına əsaslana bilər”.

Nazir 2021-ci il ərzində tətbiq edilən embarqonun Ermənistan iqtisadiyyatına təsirindən də danışıb. O, emarqonu həm çox müsbət, həm də çox mənfi kimi qiymətləndirib:

“Böyük mənfi təsirlərdən biri bu embarqonun inflyasiyaya təsiridir ki, bunu açıq şəkildə görə bilərik”.

Xatırladaq ki, 20 oktyabr 2020-ci ildə Ermənistan hökumətinin qərarı ilə Türkiyə mallarının Ermənistana idxalına altı aylıq qadağa qoyulub və bu qadağa 2021-ci il yanvarın 1-dən qüvvəyə minib. Yarım il sonra, iyunun 26-da keçirilən iclasda Ermənistan hökuməti türk mallarının idxalına qoyulan qadağanı daha altı ay uzadıb. Bu qərarın müddəti 2022-ci il yanvarın 1-də başa çatacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.