Ermənistan aviaşirkəti İrəvan-İstanbul reyslərini yerinə yetirəcək

31-12-2021, 07:39           
Ermənistan aviaşirkəti İrəvan-İstanbul reyslərini yerinə yetirəcək
Ermənistanın “Flyone Armenia” aviaşirkəti İrəvan-İstanbul-İrəvan marşrutu üzrə çarter reyslərini yerinə yetirəcək.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə aviaşirkət Ermənistan hakimiyyət orqanlarından icazə alıb.

Hazırda müvafiq razılığı Türkiyə tərəfi verməlidir.

Uçuşlar 2022-ci ilin yanvar ayından başlayacaq.

Dekabrın 16-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlar həyata keçirmək üçün Türkiyə və Ermənistan aviaşirkətlərinin müraciətlərinə baxılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru