ŞOK İDDİA - İmamoğlu vəzifəsini itirə bilər

31-12-2021, 08:15           
ŞOK İDDİA - İmamoğlu vəzifəsini itirə bilər
Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Türkiyə Daxili İşlər Nazirliyinin İstanbul Şəhər Bələdiyyəsi ilə əlaqədar başlatdığı xüsusi yoxlamaya münasibət bildirib.

Teref.az teleqraf.com-a istinadən xəbər verir ki, MHP lideri xüsusi yoxlama çərçivəsində İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun vəzifəsindən uzaqlaşdırılması ehtimalına da toxunub.

“Türkiyə hüquqi dövlətdir, qanunun aliliyi hər kəs üçün məcburidir. Heç kim qanundan azad deyil. İstanbul bələdiyyəsi ilə bağlı iddialar vahiməlidir. Daxili işlər nazirimiz qətiyyətlə danışır. Dağlardakı terrorun kökünü kəsmək iradəsi olanların dövlət qurumları və bələdiyyələrə sızan terrorla əlaqəsi olanlara səssiz qalacaqlarını düşünmək mümkün deyil. İstanbul bələdiyyəsində terror təşkilatlarına bağlı olanların nə işi var? Bu xəyanət heç bir qəlibə sığmayacaq qədər ciddidir”, - Baxçalı bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru