Putin: “Türkiyə ilə kosmik əməkdaşlığın yaxşı perspektivləri var”

31-12-2021, 08:03           
Putin:
Rusiya və Türkiyə arasında kosmosun dinc məqsədlərlə tədqiqi sahəsində əməkdaşlığın yaxşı perspektivlər var.

Bunu Rusiya prezidenti Vladimir Putin Yeni il münasibətilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda bildirib.


Rusiya lideri vurğulayıb ki, Moskva ilə Ankara arasında virusa qarşı vaksinlərin istehsalı sahəsində də əməkdaşlıq mövcuddur.

Türkiyə prezidentini Yeni il münasibətilə təbrik edən Putin məmnunluqla qeyd edib ki, koronavirus pandemiyası ilə bağlı çətinliklərə baxmayaraq, son vaxtlar Rusiya-Türkiyə əlaqələrinin ilk növbədə, ticarət-iqtisadi, enerji və hərbi-texniki sahələrdə inkişafı üçün çox iş görülüb.

Putin həmçinin əmin olduğunu bildirib ki, Rusiya və Türkiyənin birgə səyləri, ikitərəfli səmərəli əməkdaşlığı, eləcə də beynəlxalq məsələlərdə yaxın tərəfdaşlığı hər iki ölkənin dost xalqlarının rifahı naminə regional əlaqələrin, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsini təmin edə biləcək.

Mənbə: kremlin.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru