ABŞ iki supergüclə üz-üzədir: asan olmayacaq - Bağçı

31-12-2021, 10:44           
ABŞ iki supergüclə üz-üzədir: asan olmayacaq - Bağçı
2022-ci ildə Çin və ABŞ arasında rəqabət güclənəcək və eyni zamanda Rusiya və Çinlə qarşı-qarşıya gələn ABŞ üçün bu, asan olmayacaq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli siyasi ekspert Hüseyn Bağçı çıxış edib.

"Türkiyə-Rusiya münasibətləri həm ikitərəfli, həm də regional baxımdan çox önəmlidir. Ukrayna ilə Türkiyə arasında münasibətlərin yüksək olmasını Rusiya mənfi qəbul edir. Amma indiki mərhələdə Qara dəniz regionunda hərbi münaqişənin olacağını düşünmürəm", - ekspert vurğulayıb.

Bağçının sözlərinə görə, Putin-Bayden görüşlərinin nəzərdə tutulmasına baxmayaraq, Rusiya ilə ABŞ arasında gərginliyin davam etdiyi görünür:

"Amma şübhəsiz ki, Rusiya və Çinlə eyni anda üz-üzə gələn Amerika üçün asan olmayacaq", - ekspert vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru