Qazaxıstanda “Google-a vergi” tətbiq edilib

1-01-2022, 15:19           
Qazaxıstanda “Google-a vergi” tətbiq edilib
Onlayn platformalar vasitəsilə xidmət və mal satışı həyata keçirən bütün xarici şirkətlər dövlət büdcəsinə ƏDV ödəməli olacaqlar

Qazaxıstanda 2022-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə "Google-a vergi"nin tətbiqini nəzərdə tutan dəyişikliklər qüvvəyə minib.

Aznews.az xəbər verir ki, dəyişikliklərə əsasən, onlayn platformalar vasitəsilə xidmət və mal satışı həyata keçirən bütün xarici şirkətlər dövlət büdcəsinə ƏDV ödəməli olacaqlar. Bu satılan mal və xidmətlərin məbləğinin 12%-ni təşkil edir. Bu, qazaxıstanlı vergi ödəyicilərinə təsir etməyəcək.

Ölkənin İqtisadiyyat Nazirliyin proqnozlarına görə, bu ƏDV vergisindən büdcə gəlirləri ildə 2 milyard tenge (təxminən 8 milyon manat) təşkil edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru