Türkiyə hərbçiləri İraqın şimalında PKK terrorçularını zərərsizləşdirib. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, mövqeləri müəyyənləşdirilən 4 terrorçu hərbi aviasiya tərəfindən məhv edilib.
Nazirlik terrorla mübarizənin effektiv və qətiyyətlə davam etdiriləcəyini bildirib.