Türkiyədə illik inflyasiya 19 illik rekordu yeniləyib

3-01-2022, 15:52           
Türkiyədə illik inflyasiya 19 illik rekordu yeniləyib
Ötən ilin dekabr ayında Türkiyədə qiymətlər noyabr ayı ilə müqayisədə orta hesabla 13,6%, əvvəlki ilin dekabr ayına nisbətən isə 36,1% artıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) məlumat yayıb.

Məlumatda deyilir ki, bununla da ölkədə illik inflyasiya 2002-ci ilin sentyabr ayında qeydə alınmış (19 illik) rekordu yeniləyib.

Son 1 ildə Türkiyədə ən aşağı qiymət artımı rabitə sahəsində qeydə alınıb - 8,8%. Təhsil sahəsində isə illik inflyasiya 17,2% təşkil edib. İl ərzində spirtli içkilər və tütün orta hesabla 20%, geyim-ayaqqabı 20,1%, spirtsiz içkilər və qida 43,8%, ev əşyaları 40,95%, nəqliyyat xidməti isə 53,7% bahalaşıb.

Aylıq qiymət artımlarına gəlincə isə rabitə xidmətləri 3,65%, təhsil xidmətləri 0,1%, spirtsiz içkilərdə və qida 16%, ev əşyaları 16,5%, nəqliyyat xidmətləri isə 28,5% bahalaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru