Tokayev nümayişçiləri dialoqa çağırıb

4-01-2022, 12:13           
Tokayev nümayişçiləri dialoqa çağırıb
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib ki, qazın qiymətinin aşağı salınması tələbi ilə etiraz aksiyalarına çıxan Mangistau vilayətinin sakinləri dialoqa hazır olmalıdırlar və yaradılmış hökumət komissiyasına sabitlik naminə “qarşılıqlı məqbul həll” tapmaq tapşırılıb. SİA xəbər verir ki, bu barədə Tokayev Twitter-də yazıb və bəyan edib.

Diqqətə çatdıraq ki, həftə sonundan başlayaraq Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin aşağı salınmasını tələb edərək etiraz aksiyası keçirirlər. Sosial şəbəkələrdə yayılan mesaja görə, sakinlər qazın qiymətinin 120 (0,27 dollar) təngədən 60 (0,13 dollar) təngəyə endirilməsini tələb ediblər.

"Aktauda prezident administrasiyasının əməkdaşlarının daxil olduğu hökumət komissiyası işə başlayıb. Respublika operativ qərargahı daimi əsasda işləyir. Komissiyaya tapşırılıb ki, ölkəmizdə sabitliyin bərqərar olması naminə problemin qarşılıqlı məqbul həlli tapılsın”, deyə Tokayev Twitter-də yazıb.

O qeyd edib ki, hüquq-mühafizə orqanlarına ictimai asayişin pozulması hallarının qarşısının alınmasını təmin etmək tapşırılıb.

“Nümayişçilər məsuliyyət və dialoqa hazır olduqlarını nümayiş etdirməlidirlər”, deyə dövlət başçısı əlavə edib.
Xatırladaq ki, bir qədər əvvəl Tokayevin tapşırığı ilə Manqistau vilayətindəki vəziyyətə baxmaq üçün hökumət komissiyası yaradılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.