Qazaxıstandakı hadisələr Özbəkistanda da gözlənilir? - ŞƏRH

9-01-2022, 00:04           
Qazaxıstandakı hadisələr Özbəkistanda da gözlənilir? - ŞƏRH
Özbəkistandan olan ekspert-politoloq, fəlsəfə elmləri namizədi Rəvşən Nəzərov Qazaxıstan hadisələrinin ölkəsində təkrarlana bilib-bilməyəcəyi məsələsinə aydınlıq gətirib.

Bu barədə o, oxu.az-a müsahibəsində deyib: “Oxşar vəziyyətin (ən azı belə miqyasda) Özbəkistanda təkrarlanması mümkün deyil. Xarici “dostlar” Özbəkistanın gücünü dəfələrlə sınayıblar – 1999-cu və 2004-cü illərin terror aktları, 1999-cu və 2000-ci illərdə silahlı dəstələrin basqınları və nəhayət, 2005-ci ilin mayında Fərqanə vadisində “rəngli inqilab” təşkil etmək üçün real cəhd – Özbəkistan bunların hamısından keçib.

Özbəkistanın silahlı qüvvələri və hüquq-mühafizə orqanları təxribatçıların vəziyyətin sabitliyi pozmaq cəhdlərini dəf edəcək qədər güclü və bacarıqlıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru