Daha bir rus oliqarxın yaxtası Türkiyəyə gətirildi - ƏTRAFLI

17-04-2022, 12:04           
Daha bir rus oliqarxın yaxtası Türkiyəyə gətirildi - ƏTRAFLI
“Rusiyalı alüminium maqnatı Oleq Deripaskaya məxsus yaxta Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Qərbin sanksiyalarından qaçmaq üçün Türkiyənin cənub-qərbindəki Göcek kurortunun yaxınlığındakı buxtaya gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Sabah”ın Türkiyə nəşri məlumat yayıb.

Nəşr rusiyalı oliqarxların Türkiyəyə köçməsi ilə bağlı xəbərlərdə yazır ki, gələn çərşənbə axşamı Türkiyə Nazirlər Kabineti “Türkiyə pasportunun rüsumunun” artırılması ilə bağlı qərara baxacaq:

Qeyd edək ki, Türkiyə vətəndaşlığı almaq istəyən miqrant bu ölkədə ən azından 250 min dollar dəyərində daşınmaz əmlaka sahib olmalıdır. Nəşr yazır ki, bu rəqəm 400 min dollara qədər yüksələ bilər.

Məlum olduğu kimi Avropa qapılarının rusların üzünə bağlanması fonunda oliqarxların Türkiyəyə axını baş verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru