Nazir: "Baş vermiş qəzada Qazaxıstana 220-230 milyon dollar zərər dəyib"

19-04-2022, 12:04           
Nazir: "Baş vermiş qəzada Qazaxıstana 220-230 milyon dollar zərər dəyib"
Xəzər Boru Kəməri Konsorsiumuna (CPC) aid körpüdə baş vermiş qəza nəticəsində Qazaxıstana 220-230 milyon ABŞ dolları dəyərində zərər dəyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Erulan Jamaubayev məlumat verib.

“Dəqiq zərəri demək mümkün deyil. Hər şey dağıntıların hansı müddətə bərpa ediləcəyindən və sanksiya tədbirlərinin görülüb-görülməyəcəyindən asılı olacaq. Hazırda dəymiş zərər 100-150 milyard tenge (220-230 milyon ABŞ dolları) dəyərində qiymətləndirilir”, - o deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru