Çavuşoğlu: “Türkiyə məhsulların daşınmasında Rusiyanı əvəz edib”

20-04-2022, 08:38           
Çavuşoğlu:
Ukraynadakı vəziyyətə görə Rusiya üzərindən daşınmayan məhsullar indi Türkiyə vasitəsilə daşınır.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Uşak şəhərində keçirdiyi mətbuat konfransında bildirib. Tədbir nazirin “Twitter” səhifəsində yaymlanıb.

“Bütün bu çağırışlar və böhranlar əslində ölkələr, millətlər, insanlar və sahibkarlar üçün imkanlar açır. Bu imkanlardan yararlanmaq üçün güclü infrastruktura və geniş baxışa sahib olmaq lazımdır. Bu gün Rusiyadan keçməyən məhsullar Türkiyəyə göndərilir. Buradan isə Balkanlara və Şərqi Avropaya gedir”, – deyə XİN rəhbəri qeyd edib.

Həmçinin, Çavuşoğlu vurğulayıb ki, Türkiyə Ukraynadan 17 min vətəndaşını təxliyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru