"Antalya görüşündən bir nəticə çıxmayacağını bilirdik" - Türkiyə XİN başçısı

21-04-2022, 08:49           
"Antalya görüşündən bir nəticə çıxmayacağını bilirdik" -
“Antalyadakı görüşdən bir nəticə çıxmayacağını bilirdik, lakin Ukrayna və Rusiyanı bir araya gətirmək önəmli idi”. “Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk”ə müsahibəsində söyləyib.

“Bizimlə olan təmaslarda onların dediklərinə baxdıqda ümidlərimiz artmışdı. Biz də ona uyğun açıqlama vermişdik. Qətliam görüntüləri vəziyyəti gərginləşdirdi. İstanbulda nail olunan razılaşmalardan uzaqlaşdılar”.

Onun sözlərinə görə, tərəflər hazırda müzakirələrə davam edirlər: “Liderlər arasında arxa qapı diplomatiyası davam edir. Ukrayna Prezidenti Volodimir Zelenski “Görüntülərə baxmayaraq, danışıqlara davam etmək lazımdır” dedi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru