Ərdoğan: "Bir gün atamdan soruşdum ki, ata biz türkük, yoxsa laz...?"

18-04-2016, 10:25           

Mili mənsubiyyətinin tez-tez müzakirə mövzusu olduğu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu iddialara cavab verib.

Ölkə.az xəbər verir ki, toplantılardan birində çıxışı zamanı milliyəti haqda gəzən söz-söhbətlərə aydınlıq gətirib.

"Bir gün atamdan soruşdum ki, ata, biz türkük, yoxsa laz? Atam mənə dedi ki, mən də bir gün bu sualı öz babama verdim. Babam mənə dedi ki, bəziləri bizə laz, bəziləri isə türk deyir. Səndən soruşan olsa cavab verərsən ki, mən müsəlmanam. Çünki axirətdə Allah bizdən milli mənsubiyyətimizi deyil, mənsub olduğumuz dini, peyğəmbərimizi, Quranı soruşacaq", deyə Ərdoğan çıxışında bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru