Türkiyə yenə şəhid verdi

23-04-2022, 00:02           
Türkiyə yenə şəhid verdi
Türkiyə əsgəri İraqda terrorçularla qarşıdurmada həlak olub.

Bu barədə KONKRET.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Əsgər Çavuş Furkan Gök “Pençe Kilit” əməliyyat zonasında yaralanıb və dərhal xəstəxanaya çatdırılıb. Bütün cəhdlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Bundan əvvəl əməliyyat zonasında PKK/YPG-nin 7 terrorçusunun zərərsizləşdirildiyi barədə məlumat yayılıb.

Xatırladaq ki, aprelin 18-də Türkiyə İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pençe Kilit” əməliyyatına başladığını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru