AKP sözçüsü erməni əsilli deputatın qondarma "soyqırımı" ilə bağlı addımını sabotaj adlandırdı

24-04-2022, 08:35           
AKP sözçüsü erməni əsilli deputatın qondarma "soyqırımı" ilə bağlı addımını sabotaj adlandırdı
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik Xalqların Demokratik Partiyasından (HDP) olan Türkiyə Böyük Millət Məclisinin deputatı Qaro Paylanın qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı parlamentə təqdim etdiyi qanun layihəsinə sərt reaksiya verib.

KONKRET.az xəbər verir ki, bu barədə o Tvitter hesabında paylaşım edib.

Ö. Çelik bunun Türk millətinə qarşı böhtan və əxlaqsız təklif olduğunu qeyd edib.

Onun sözlərinə görə, bu təklif həm də Türkiyə ilə Ermənistan arasında başlayan və Azərbaycanın dəstəklədiyi normallaşma prosesini sabotaj etmək cəhdidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru