Ankaradan KRİTİK AÇIQLAMA: "Bu olmadan müharibəyə son qoymaq mümkün deyil"

14-05-2022, 09:39           
Ankaradan KRİTİK AÇIQLAMA:
"Rusiya Federasiyası təkcə Ukrayna ilə deyil, Qərb dövlətləri ilə də danışıqlar masası arxasına oturmaq istəyir. Bu, Moskvaya yeni böyük saziş bağlamaq üçün lazımdır".
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
"Biz bilirik ki, Rusiya təkcə Ukrayna ilə deyil, Qərblə də danışıqlar masasına oturub yeni böyük saziş bağlamaq istəyir. Sual həm Ukraynadadır, həm də Ukraynada deyil. Daha dərin bir strateji hesablama var ki, bura Ukrayna da daxildir. Burada düzgün tarazlığı bərpa etmədən döyüşlərə və son nəticədə müharibəyə son qoymaq mümkün deyil", - Kalın qeyd edib.
O bildirib ki, danışıqların mümkün olması üçün bütün tərəflərin, o cümlədən Avropa və ABŞ konstruktiv mövqe tutmalıdırlar:
"Ankara avropalı və amerikalı diplomatlarla intensiv danışıqlar aparır. Həmçinin Rusiya və Ukrayna dövlət başçılarının üzbəüz görüşməsi üçün müəyyən şərtləri yerinə yetirmək, danışıqlarda müəyyən irəliləyiş əldə etmək lazımdır. İstanbul Prosesi uzun bir yol keçib, lakin liderlərin görüşməsi üçün müəyyən vaxt lazım ola bilər. Təəssüf ki, son həftələr baş verən hadisələr bu prosesə mənfi təsir göstərdi. Amma biz səbir və əzmlə müharibə yolu ilə deyil, danışıqlar və dialoq yolu ilə irəliləməyə davam edəcəyik".шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.