Türkiyə Təhlükəsizlik Şurasından yeni antiterror əməliyyatı açıqlaması

27-05-2022, 08:23           
Türkiyə Təhlükəsizlik Şurasından yeni antiterror əməliyyatı açıqlaması
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə ölkənin Təhlükəsizlik Şurasının iclası keçirilib. Üç saat davam edən toplantıdan sonra yayılan bəyanatda növbəti antiterror əməliyyatının anonsu verilib.

Sənəddə vurğulanıb ki, Türkiyənin Cənub sərhədlərində indiyədək keçirdiyi və bundan sonra keçirəcəyi antiterror əməliyyatları qonşu ölkələrin ərazi bütövlüyünü hədəf almır.

Qeyd olunub ki, bütün oxşar əməliyyatlar ölkənin milli təhülkəsizliyi baxımından həyata keçirilir. (Mənbə: "Haber Global”)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru